Norveç Avropa İttifaqının ardınca Rusiya ilə sadələşdirilmiş viza rejimi barədə sazişi tamamilə dayandırıb.
“Norveç və Rusiya arasında viza rejiminin sadələşdirilməsinə dair saziş 22 sentyabr 2022-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb”, – Norveç İmmiqrasiya İdarəsindən bildirilib.
Bu qərar Aİ Şurasının 9 sentyabr 2022-ci il tarixli qərarını təkrarlayıb.
Qeyd edək ki, Norveç Aİ-nin üzvü deyil, lakin Şengen zonasının bir hissəsidir və Rusiya ilə 198 kilometrlik quru sərhədini bölüşür.
Xatırladaq ki, bugünlərdə İsveçrə də Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb.
Mənbə: rbc.ua
www.102info.az