Sentyabrın 22-də Argentinanın Neuken əyalətində “New American Oil” şirkətinə məxsus neft emalı zavodunda baş verən partlayışda azı 3 nəfər həlak olub.
Bu barədə Plasa-Uinkul şəhərinin meri Qustavo Suarez məlumat verib.
“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əsas xam neft çənlərindən biri partlayıb”, – deyə Suares bildirib.
O, qeyd edib ki, hazırda yanğınsöndürənlər yanğını nəzarət altına almağa, onun digər şənlərə keçməsinə imkan verməməyə çalışırlar.
Mənbə: rossaprimavera.ru
www.102info.az