Qazaxıstan-Rusiya sərhədində respublikaya daxil olan xarici vətəndaşların sayı artıb.
Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb:
“Bu gün Qazaxıstan-Rusiya sərhədində Qazaxıstan Respublikasına daxil olan xarici vətəndaşların sayında artım müşahidə olunur.
Mövcud 30 avtomobil keçid məntəqəsi normal rejimdə işləyir. Dördündə sərnişin və nəqliyyat vasitələrinin axınının artması ilə əlaqədar sıxlıq yaranıb”.
Qeyd edək ki, sentyabrın 21-dən Rusiya ərazisində qismən səfərbərlik elan ediləndən sonra xarici dövlətlərə üz tutan Rusiya vətəndaşlarının sayı artıb.
Mənbə: İnterfaks
www.102info.az