Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Prezident Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan etdi. Artıq ölkədə bu qərardan irəli gələn bir sıra tədbirlər həyata keçirilir.
Hərbi ekspert Yevgeni Mixaylov bildirib ki, səfərbərlik pis bir hal deyil, vətəni müdafiə etməyi bacarmaq lazımdır:
“Məncə, qorxacaq bir şey yoxdur. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi hamıya məlumdur və buna uyğun olaraq ordunu təzə qüvvələrlə doldurmaq lazımdır. Bu və ya digər istiqamətdə mütəxəssislər lazımdır və bu, ehtiyatda olanların yalnız 1%-ni əhatə edəcək.
Əsasən döyüş təcrübəsi olan insanlar çağırılacaq. Bizdə isə onların sayı çoxdur. Sosial şəbəkələrdə şərhlərə görə qorxu və çaxnaşmaya uymaq olmaz. Mən İkinci Qarabağ müharibəsi gedən zaman Azərbaycanı xatırlatmaq istəyirəm. Sizdə vətəni qorumaq üçün hərbi komissarlıqlar gənclərlə dolu idi və məncə, bizdə də belə hallar olacaq”.
Bəs görəsən, Rusiya vətəndaşları V.Putinin qismən səfərbərliklə bağlı verdiyi qərar haqqında nə düşünürlər?
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az