“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq. Biz bu müharibədə Ukraynanın yanındayıq”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, rəsmi Ankara Krım məsələsində olduğu kimi, hazırda keçiriləcək “referendum”un da nəticələrini tanımayacaq:
“Müharibəyə son qoymağa çalışan yeganə ölkə Türkiyədir. Müharibə ilk başlayanda proqnozumuz belə idi ki, müharibə uzun müddət davam edəcək. İndiki mənzərə ondan ibarətdir ki, müharibə davam edəcək”.
www.102info.az