Pentaqon milyonlarla dollarlıq kamikadze dronları alacaq: müqavilə imzalandı

Dünya

ABŞ Müdafiə Nazirliyi “Switchblade 300” seriyalı kamikadze dronları alacaq.

Nazirlik bu məqsədlə “AeroVironment” özəl müəssisəsi ilə 20,6 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə şirkətdən məlumat verilib.

““AeroVironment” 20,6 milyon dollarlıq sabit qiymətli müqavilə aldığını elan edib. Müqavilə “Switchblade 300” taktiki raket sistemlərinin tədarükünü nəzərdə tutur”, – deyə şirkətdən  bildirilib.

Qeyd edilib ki, silahların 2023-cü ilin iyul ayına kimi tədarükü planlaşdırılır.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir