İranın Xomeyn şəhərində sakinlər ölkənin keçmiş rəhbəri Ayətullah Xomeyninin şəkli olan banneri yandırıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, sentyabrın 23-də cümə namazından sonra qəzəbli sakinlərdən biri Ruhullah Xomeyninin evinin qarşısında asılan plakatına od vurub.
O da vurğulanır ki, ölkənin digər bölgələri kimi, Xomeyn əhalisi də ötən axşam küçələrə axışaraq hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Xüsusi təyinatlı qüvvələr etirazçıları dağıtmaq üçün hərəkətə keçsələr də, xalqın müqaviməti qarşısında tab gətirməyib qaçmağa məcbur olublar.
www.102info.az