Türkmənistan Avropa İttifaqı (Aİ) ilə iqtisadiyyat, ekologiya, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu barədə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Türkmənistan Nazirlər Kabineti sədrinin müavini – xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin son iclası çərçivəsində Türkmənistan və Aİ arasında əməkdaşlığın daha da genişləndirilməsi və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işlər barədə danışıb”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, hələ sentyabrın əvvəlində Almaniyanın Mərkəzi Asiya respublikasındakı yeni səfiri Uve Byerhoff Almaniya və Aİ-nin Türkmənistanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bəyan edib.
www.102info.az