Sakit okeanda yeni ada peyda olub

Dünya

NASA Rəsədxanasının məlumatına görə, Sakit Okeanın cənub-qərbində yeni ada peyda olub.

O, Yeni Zelandiya və Tonqa arasında yerləşir.

Məlumata görə, hazırda ada hələ kiçikdir, lakin böyüməyə davam edir. Belə ki, onun krateri təxminən üç kilometr yüksəkliyə lava, buxar və kül püskürür.

Ada sentyabrın ortalarında başlayan Houm vulkanının püskürməsi nəticəsində yaranıb. Altı gündə adanın diametri 170 metrə çatıb, on birinci günündə isə 200 metri ötüb.

Adanın yarandığı ərazi dünyada sualtı vulkanların ən yüksək aktivliyi ilə seçilir. Qeyd edək ki, vulkanik adalar adətən qısa ömürlü olur və bir neçə həftə ərzində yuyulur. Lakin istisnalar da var. Onlardan bəziləri bir neçə onilliklər mövcud ola və hətta öz ekosistemini də yarada bilər.

Mənbə: knife.media

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir