96 yaşında universiteti bitirdi: Magistraturanı oxumaq istəyir – VİDEO

İtaliyalı Cuzeppe Paterno ölkənin ən yaşlı məzunu olub. 
REN TV xəbər verir ki, o, 96 yaşında Palermo Universitetini bitirib. 
O, ev tapşırıqlarını qədim çap maşınında edib və səhərdən axşamadək dərslərini hazırlayıb. 
Paterno filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 
Gənc yaşlarında işi və ailəsi səbəbindən universitetə daxil ola bilməyən ahıl magistratura pilləsini də bitirmək niyyətindədir.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir