Bazar günü İranın cənubunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri 352 min insanın yaşadığı Bəndər Abbas şəhərindən 71 km şimal-şərqdə olub. Mənbə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Mənbə: TASS
www.102info.az