İtaliyada 120 min müəssisə enerji böhranı səbəbindən bağlana bilər

Dünya

İtaliyada 120 minə yaxın müəssisə elektrik enerjisi qiymətlərinin artması səbəbindən bağlanma təhlükəsi ilə üzləşib.

Bu barədə ölkənin Sahibkarlar Assosiasiyasının rəhbəri Karlo Sanqalli məlumat verib.

“2023-cü ilin birinci yarısınadək ən azı 120 min kiçik xidmət müəssisəsi bağlanma riski altındadır ki, bu da 370 mindən çox iş yerinin itirilməsi ilə nəticələnə bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, İtaliyada elektrik enerjisinin qiyməti Avropa regionunun digər ölkələrinə nisbətən daha sürətlə və daha çox bahalaşıb.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir