Alma-Ata marafonunun 47 yaşlı iştirakçısı Rüstəm Sadıkov finişə çatdıqdan sonra vəfat edib.
Kişi 10 kilometr məsafə qaçıb və onu qət etdikdən sonra huşunu itirib.
Eyni zamanda, yaxınlarının dediyinə görə, o, belə yarışlarda dəfələrlə iştirak edib. Marafonun baş həkimi Orazbek Saxovun sözlərinə görə, iştirakçı Respublika meydanındakı finiş xəttini çətinliklə keçərək, bir neçə metr yeridikdən sonra yıxılıb.
İdmançıya 30 dəqiqə ərzində tibbi yardım göstərilsə də, Sadıkovu xilas etmək mümkün olmayıb.
Onun ölüm səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra açıqlanacaq.
Mənbə: lenta.ru
www.102info.az