Rusiyada çağırışçı hərbi komissarı güllələdi – FOTO/VİDEO

Dünya

Rusiyanın Ust-İlimsk şəhərində 25 yaşlı gənc hərbi komissarlıqda atəş açıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, çağırışçı səfərbərliyə göstəriş verən hərbi komissara ov tüfəngindən atəş açıb.

Nəticədə hərbi komissar Aleksandr Yeliseyev ağır yaralanıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Atəş açan şəxs saxlanılıb. Onun 25 yaşlı Ruslan Zinin olduğu üzə çıxıb.

Şahidlərin sözlərinə görə, Zinin əvvəlcə çağırışçılara evə qaçmalarını qışqırıb, sonra atəş açıb.

Daha bir hadisə isə Uryupinsk şəhərində yaşanıb. Belə ki, Mixail Filatov səhər saat dörd radələrində hərbi komissarlığın binasının qarşısına VAZ markalı avtomobilini park etdikdən sonra onu yandırıb.

Polisin məlumatına görə, qanun pozucusunda azı 10 şüşə yanacaq olub.

Yanğın 100 kvadrat metr sahəni əhatə etsə də, xəsarət alan olmayıb. Sənədlərin olduğu hissəyə də zərər dəyməyib. Yanğın törədən şəxs tez bir zamanda yaxalanıb.

Filatov etiraf edib ki, öz hərəkəti ilə Ukraynadakı müharibəyə münasibətini göstərmək istəyib.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb. Bundan başqa Putin sentyabrın 24-də Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

Mənbə: “Shot” “Telegram” kanalı 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir