“Qarabağ”la görüşdəki məğlubiyyət hələ də boğazımda düyünlənib”.
“Report” xəbər verir ki, bunu Fransa “Nant”ının futbolçusu Dennis Appia Bakıda Azərbaycan təmsilçisinə 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.
30 yaşlı yarımmüdafiəçi avrokubok görüşlərinin mürəkkəb olduğunu bildirib:
“Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. I turda “Olimpiakos” üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq”.
Appia Almaniya “Frayburq”u ilə qarşıdakı iki matç və çempionatdakı qarşılaşmalar barədə düşündüyünü sözlərinə əlavə edib.
Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.
www.102info.az