Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” 161 000 yeni “GLE/GLS” krossoverini geri çağırır.
ABŞ-ın Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) təsdiq edib ki, 20 may 2019-cu il və 7 aprel 2022-ci il tarixləri arasında istehsal edilmiş sözügedən krossover avtomobillərində arxa şüşələrin rezinləri qopa bilər.
Avtomobil istehsalçısı bildirib ki, artıq onlara 75 avtomobildə sözügedən qüsurla bağlı məlumat daxil olub.
Qeyd olunur ki, qüsur qəza, xəsarət və ya maddi ziyana səbəb olmasa da, şirkət artıq geri çağırma kampaniyasına start verib.
Mənbə: carscoops.com
www.102info.az