Çin aparatı Marsda müntəzəm daşqınların izlərini tapıb

Dünya

Çinin “Zhuzhong” roveri Utopiya düzənliyində Marsın daxili quruluşu haqqında ilk məlumatları alıb. O, qırmızı planetdə güclü daşqınların baş verdiyini sübut edən bir neçə çöküntü süxurları aşkar edib.

Məlum olub ki, düzənlik daşqınlar zamanı vaxtaşırı su altında qalıb və çöküntülərlə örtülüb.

Qeyd edək ki, “Zhuzhong” roveri Çinin 2020-ci ilin iyulunda günəş sistemindəki dördüncü planetə göndərilən “Tianwen-1” Mars missiyasının mərkəzi hissəsidir. Aparat ötən ilin fevral ayında planetə enib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir