ABŞ-ın vitse-prezidenti Kamala Harris Asiyaya səfəri zamanı Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasına səfər edəcək.
Sentyabrın 29-da baş tutacaq səfər Vaşinqtonun Cənubi Koreyanı qorumağa hazır olduğunun göstəricisi kimi nəzərdə tutulub.
Səfər barəsində əvvəlcə Seul tərəfindən bəyanat verilib, daha sonra isə ABŞ tərəfi qeyri-rəsmi olaraq məlumatı təsdiqləyib.
Harrisin Asiyaya səfərinin əsas məqsədi Yaponiyanın sui-qəsd nəticəsində öldürülən baş naziri Şinzo Abenin dəfn mərasimində iştirak etməkdir.
Mənbə: Yevropeyskaya pravda
www.102info.az