Türkiyənin daxili işlər naziri istefa ərizəsini Ərdoğana təqdim edib

Dünya

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hələlik Türkiyə dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi məlum deyil. Bəzi mənbələr R.T.Ərdoğanın istefa ərizəsini qəbul etdiyini bildiriblər.

Xatırladaq ki, ötən gecə Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda qadın terrorçuların polis məntəqəsinə silahlı hücumu zamanı bir polis əməkdaşı həlak olub, daha bir asayiş keşikçisi yaralanıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisəni terror aktı adlandırıb. O qeyd edib ki, terrorçulardan ikisi ələ keçməmək üçün özlərini partladıb.

Süleyman Soylunun istefasının da məhz sonuncu olayla əlaqədar olduğu bildirilir.

Mənbə: Gazeteduvar

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir