Türkiyə Superliqasının 8-ci turu çərçivəsində oktyabrın 2-də keçiriləcək “Beşiktaş” – “Fənərbağça” oyunu qonaq komandanın azarkeşləri olmadan baş tutacaq.
Bu barədə “Beşiktaş” klubu açıqlama yayıb.
Bildirilib ki, yerli İdman Təhlükəsizlik Şurası İstanbul derbisində “sarı-lacivərdli” fanatların iştirakını məqsədəuyğun saymayıb.
Həmçinin, mövsümün ikinci yarısında oynanılacaq “Fənərbağça” – “Beşiktaş” qarşılaşmasında da qonaq komandanın azarkeşləri üçün analoji qərarın tətbiqi gözlənilir.
www.102info.az