“Avroviziya-2023”ün keçiriləcəyi yer bəlli olur: İki şəhərdən biri seçiləcək

Dünya

“Avroviziya-2023” mahnı müsabiqəsi Böyük Britaniyanın Qlazqo və ya Liverpul şəhərində keçiriləcək.

Təşkilatçılığa namizəd şəhərlərin qısa siyahısı yeddidən ikiyə endirilib. Ya Qlazqo, ya da Liverpulun müsabiqəyə ev sahibliyi edəcəyinə qərar verilib. Birmingem, Lids, Mançester, Nyukasl və Şeffild şəhərləri isə siyahıdan çıxarılıb.

Ən çox təklif irəli sürülən isə çay sahilində arenaları olan Qlazqo və ya Liverpul olub.

Yekun qərarın bir neçə həftə ərzində veriləcəyi qeyd edilir.

Mənbə: unn.com.ua

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir