Tanınmış repçi Kulio vəfat edib

Dünya

Amerikalı aktyor və tanınmış repçi Kulio (Coolio) 59 yaşında vəfat edib.

Musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi dostunun evində vanna otağına gedib və uzun müddət geri qayıtmayıb. Ev sahibi onun arxasınca gedəndə repçinin yerdə uzandığını görüb.

Musiqiçinin dostu təcili yardım çağırıb və onun öldüyü məlum olub.

İlkin məlumata görə, Kulio ürək tutmasından həyatını itirib.

Hip-hop ifaçısı yaradıcılıq karyerasına 80-ci illərin sonlarında başlayıb. O, Cennifer Fayferlə “Dangerous Thoughts” filminin “soundtrackına” çevrilən “Gangsta’s Paradise” treki sayəsində dünya şöhrəti qazanıb. Bu mahnı 1995-ci ildə reperlər Kulio və L.V. tərəfindən yazılıb. İfasına görə repçi Qremmi mükafatına layiq görülüb.

Mənbə: TMZ

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir