Ərdoğanla Putin Ukraynanı müzakirə edəcəklər

Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacaq.

Bu barədə Türkiyə lideri “Grand Ankara Hotel”də çıxışı zamanı bildirib:

“Ümid edirəm ki, bu axşam cənab Putinlə danışığımız baş tutacaq. Onunla Rusiya ilə Ukrayna arasında olan problemləri qiymətləndirmək imkanımız olacaq”.

Mənbə: TRT Haber

www.102info.az