Overçuk: “Azərbaycanla yaxın münasibətlərimizi yüksək qiymətləndiririk”

Dünya

Azərbaycanla dövlət sərhəddindən keçid məsələsində Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü nəzərə alınacaq.

Bu barədə cümə günü Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

“Bizim bütün razılaşmalarımız, o cümlədən bu amil nəzərə alınmaqla (Ermənistanın Aİİ-yə üzvlüyü – red.) qurulur. Eyni zamanda, müştərilərin nöqteyi-nəzərindən insanların və malların sərhədi keçməsini asanlaşdıran informasiya texnologiyalarından maksimum istifadə etməyə çalışırıq. İnanıram ki, müzakirə olunan texnoloji həllər daha sonra digər sahələrdə istifadə üçün nümunə ola bilər.”, – deyə o bildirib.

Baş nazirin müavini qeyd edib ki, danışıqların bütün iştirakçıları Aİİ üzv dövlətlərini təmsil etsələr, daha asan olardı, çünki İttifaqın daxilində gömrük, nəqliyyat, sanitar yoxlama nəzarəti yoxdur.

“İndi danışıqlarda biz Ermənistan və Rusiyanın Aİİ-nin ümumi gömrük məkanına aid olmasından çıxış edirik. Eyni zamanda, biz Azərbaycanla mehriban və yaxın münasibətlərimizi yüksək qiymətləndiririk ki, bu da bizə, Cənubi Qafqazda bütöv bir əməkdaşlıq arxitekturası qurmaq üçün unikal imkan yaradır”, – deyə Overçuk qeyd edib.

Baş nazirin müavini vurğulayıb ki, nəqliyyat əlaqələrinin açılması bütün tərəflər üçün birmənalı müsbət hal olacaq:

“Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə gedə biləcəklər, İrəvan isə vətəndaşları, nəqliyyat vasitələrini və malları Rusiyaya sərbəst daşımaq imkanı əldə edəcək. Və bu qarşılıqlı hərəkat, ticarət və insani əlaqələrin inkişafı, dediyim kimi, nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa imkan verəcək. Biz bunun baş verməsi üçün çalışırıq”, – deyə Overçuk yekunlaşdırıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir