ABŞ-da “Crew Dragon” kosmik gəmisinin buraxılışı təxirə düşdü

Dünya

ABŞ-da “Crew Dragon” kosmik gəmisinin orbitə buraxılması bir gün təxirə salınıb.

Buna səbəb Florida ştatını vuran “İen” qasırğası olub.

“Crew-5” missiyası çərçivəsində kosmonavt Anna Kikinanın Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşu nəzərdə tutulur.  

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında məlumat verilib.

Açıqlamaya görə, “Crew Dragon” gəmisinin Florida ştatının Kanaveral burnundan oktyabrın 3-nə planlaşdırılan buraxılışı qasırğa səbəbindən oktyabrın 4-nə təxirə salınır. Növbəti dəfə təxirə salınarsa, oktyabrın 7-də yeni cəhdin ediləcəyi bildirilir. Həmçinin ekspertlər oktyabrın 6, 8 və ya 9-da da buraxılışın mümkün ola biləcəyini qeyd edirlər.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir