Nigeriya Nümayəndələr Palatası Uqandada yayılan “Ebola” virusunun Nigeriyaya yayılma ehtimalı ilə bağlı həyəcan təbili çalıb.
Parlament üzvü Daçunq Baqos bəzi Afrika ölkələrində müşahidə edilən “Ebola” virusunun Nigeriyaya da keçə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Federal hökuməti önləyici tədbirlər görməyə çağıran Bagos qeyd edib:
“Uqandada epidemiyanın yayılma ehtimalını müəyyən etmək üçün araşdırmalar davam edir. Bu mərhələdə qonşu ölkələrdən yoluxma hadisələrinin yayılacağı diqqətdən kənarda qalmamalıdır”.
Nadir halda rast gəlinən və Sudan variantı olan “Ebola” virusu ilk dəfə sentyabrın 19-da Uqandada 24 yaşlı bir şəxsdə aşkarlanıb. Ölkədə epidemiya elan edilib. Uqandada bu virusdan 24 nəfər ölüb.
Qeyd edək ki, “Ebola” virusu vaxtaşırı Afrika ölkələrində yayılaraq insan ölümlərinə səbəb olur. Son otuz il ərzində ümumilikdə dünyada bu xəstəlikdən 15 mindən çox adam həyatını itirib.
Mənbə: TRT Haber
www.102info.az