Florida sahillərində (ABŞ) “İan” qasırğasına tuş gələn qayığın batması nəticəsində 18 kubalı miqrant itkin düşüb.
Bu barədə ABŞ Sahil Mühafizəsi xəbər verib.
Məlumata görə, dörd nəfər üzərək sahilə çıxıb, daha üç nəfər isə sudan xilas edilib. Onlar hipotermiya və susuzluq əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Bildirilir ki, Sahil Mühafizəsinin rəhbərliyi altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Xatırladaq ki, çərşənbə axşamı Kubanı cənginə alan qasırğa 11 milyon insanı işıqsız qoymuşdu. Fövqəladə vəziyyətin elan edildiyi Floridada isə təbii fəlakətə görə azı altı nəfərin həlak olduğu bildirilib.
Mənbə: Reuters
www.102info.az