İtalyanlar artıq ictimai nəqliyyatda qoruyucu maskalar taxmaq məcburiyyətində qalmayacaqlar. İtaliyada koronavirus pandemiyası ilə mübarizə qaydaları yumşaldılıb.
Son qərara əsasən, ictimai nəqliyyatda maska məcburiyyəti ləğv edilib.
Səhiyyə Nazirliyi bildirib ki, qatar, avtobus və su nəqliyyatında maska məcburiyyəti ilə bağlı fərmanın vaxtı bitir və uzadılmayacaq.
Lakin xəstəxanalar və qocalar evləri üçün müddət uzadılıb.
Mənbə: Yevropeyskaya pravda
www.102info.az