Moskva və bütün Rusiyanın Patriarxı Kirill koronavirusa yoluxub.
Bu barədə Kilsənin Cəmiyyət və media ilə əlaqələr üzrə Sinodal Departamentinin sədri, Patriarxın mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Vladimir Leqoyda məlumat verib.
“Patriarx Kirilldə COVID-19 virusu aşkarlanıb. Ona yataq rejimi və təcrid məsləhət görülüb. Patriarxın yaxın günlərdə bütün planlaşdırılan görüşləri və səfərləri bu səbəbdən ləğv edilir”, – deyə Rus Pravoslav Kilsəsinin saytında bildirilib.
Mətbuat katibi onu da əlavə edib ki, patriarxın vəziyyəti qənaətbəxşdir.
Mənbə: İzvestiya
www.102info.az