Müharibə əleyhdarı olan rusiyalı repçi intihar edib – VİDEO

Dünya

Rusiyalı repçi, “Walkie” ləqəbi ilə məşhur olan İvan Petunin intihar edib.

27 yaşlı repçinin cəsədi Krasnodar şəhərində, çoxmərtəbəli binanın yaxınlığında tapılıb.

O, ölümündən əvvəl sosial şəbəkələrdə videomüraciət yayımlayıb.

Petunin çıxışında Ukraynadakı müharibənin əleyhdarı olduğunu və əlinə silah almaq istəmədiyini bildirib.

“Mən əlimə silah ala və tətiyi çəkərək özüm kimi insanları öldürə bilmərəm. Bəzən öz prinsiplərinə görə ölməyi bacarmaq lazımdır”, – deyə repçi bildirib.

Mənbə: 93.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir