Burkina-Fasoda dövlət çevrilişi baş verib.
Bunu yerli telekanalın studiyasını ələ keçirən hərbçilər deyib.
Polya-Anri Damiba hakimiyyətdən uzaqlaşdırılıb. Ölkənin yeni lideri kapitan İbrahim Traore elan edilib.
Qeyd edək ki, Burkina-Faso Afrikanın tipik “hərbi çevrilişlər ölkəsi” adlanır. 1960-cı ildə müstəqillik əldə etdikdən sonra ölkədə hakimiyyət səkkiz dəfə konstitusiyaya zidd şəkildə dəyişdirilib: altı dəfə hərbi çevrilişlər nəticəsində, iki dəfə – 1966 və 2014-cü illərdə prezidentlər kütləvi xalq üsyanlarının təzyiqi ilə postlarını tərk etməyə məcbur olublar.
Mənbə: TASS
www.102info.az