İndoneziyanın Şimali Sumatra əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti (United States Geological Survey/USGS) məlumat yayıb.
Zəlzələnin episentri Sibolqa şəhərindən 40 kilometr şimal-şərqdə və dərinliyi yerin 13,2 kilometrliyində olub
Təbii fəlakət nəticəsində bir nəfər həlak olub, 9 nəfər yaralanıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
www.102info.az