Qazaxıstanın müxalifət partiyası ilk dəfə prezident seçkilərində namizədini irəli sürüb

Dünya

Qazaxıstanın müxalif Ümummilli Sosial Demokrat Partiyası tarixində ilk dəfə olaraq prezident seçkilərində Nurlan Auesbayevin namizədliyini irəli sürüb.

“İndi məndən soruşurlar ki, sən prezidentliyə namizədliyini irəli sürməkdən qorxmursanmı? Cavabım belədir: xalq məni dəstəkləsə, heç bir seçkidən qorxmuram. Məqsədimiz sosial-demokratiya prinsiplərini dəstəkləmək və tərənnüm etməkdir”, – deyə Auesbayev bildirib.

Qeyd olunur ki, 65 yaşlı Auesbayev Milli Sosial Demokrat Partiyasının (MSDP) paytaxt şöbəsinin rəhbəridir. Bundan əvvəl partiyanın mövcud olduğu 15 il ərzində MSDP Qazaxıstanda prezident seçkilərini boykot edib.

Mənbə: “Tengrinews”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir