Donetskdə beş mindən çox Rusiya əsgəri mühasirəyə alınıb

Dünya

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhərində Rusiya qruplaşmasının mühasirəsinin başa çatdığını təsdiqləyib.

Bu barədə şərq qoşunları qrupunun spikeri Sergey Çerevatı bildirib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri Liman yaxınlığındakı beş yaşayış məntəqəsini nəzarətə götürüb.

Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə deyib ki, Limanda yerləşən rusiyalı hərbçilər öz rəhbərliklərindən getməyi istəsələr də, rədd cavabı alıblar:

“Rusiya Federasiyasının 5 mindən çox hərbçisi mühasirədədir”.

Mənbə: UNİAN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir