İspaniyanın Girona şəhərində ictimai elmi təcrübə aparılıb.
Təcrübə zamanı partlayış baş verib. 18 nəfər xəsarət alıb. Yaralananlardan biri də beş yaşlı uşaqdır.
Yerli alimlər maye azotla isti suyu birləşdirmək istəyib. Tamaşaçılar hadisəni izləmək üçün təcrübə məkanının ətrafına toplaşıb. Lakin təcrübə plana uyğun getməyib və partlayış baş verib. Təcrübənin keçirildiyi dəmir çənlər partlayıb.
Nəticədə onların qırıqları toplaşanları yaralayıb.
Mənbə: “Baza” “Telegram”
www.102info.az