Rumıniya Prezidenti Klaus İohannis NATO-nun 8 ölkəsinin Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasını dəstəklədiyini bildirib.
O, “Twitter”də qeyd edib ki, Mərkəzi və Şərqi Avropadan olan NATO-ya üzv digər yeddi dövlətin prezidenti ilə birgə Ukraynanın alyansa qoşulmasına dəstək verilməsini xahiş edən birgə bəyanatı imzalayıb.
“Biz NATO-nun 2008-ci ildə Buxarestdə keçirilmiş sammitinin Ukraynanın gələcək üzvlüyünə dair qərarını qətiyyətlə dəstəkləyirik”, – Prezident Administrasiyasının saytında yerləşdirilən sənəddə deyilir.
Bildirilir ki, birgə bəyanatı imzalayan prezidentlər arasında Çexiya, Polşa, Litva, Estoniya, Monteneqro, Şimali Makedoniya və Slovakiya liderləri də var.
Qeyd edək ki, səkkiz dövlətin başçısı Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. Bundan əlavə, onlar Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumları tanımadıqlarını bəyan ediblər.
Together with the Presidents of 🇨🇿 🇪🇪 🇱🇻 🇱🇹 🇲🇰 🇲🇪 🇵🇱 🇸🇰, I reiterate our support for the sovereignty and territorial integrity of Ukraine 🇺🇦. We firmly stand behind the 2008 Bucharest NATO Summit decision concerning Ukraine’s future membership.
Statement: https://t.co/LAk3leNAK0 pic.twitter.com/TysWHIkw1m— Klaus Iohannis (@KlausIohannis) October 2, 2022
www.102info.az