OPEC+ neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Məlumata görə, bu addım qiymətlərin indiki səviyyədə saxlanılması ilə bağlı atıla bilər.
Qeyd edək ki, bir müddət əvvəl qurumun katibliyi OPEC+ nazirlərinin görüşünün oktyabrın 5-də Vyanada keçiriləcəyini açıqlayıb. Tədbir 2,5 ildə ilk dəfə olaraq, üzbəüz formatda keçiriləcək. Avstriya paytaxtında qurumun monitorinq komitəsinin hesabatı da dinləniləcək.
Təşkilat neft bazarını dəstəkləmək üçün noyabrda neft hasilatının ciddi şəkildə – sutkada 0,5-1 milyon barel azaldılması imkanlarını müzakirə edəcək.
Mənbə: mk.ru
www.102info.az