“Taliban”nın siyasi hakimiyyətə gəlməsindən sonra Əfqanıstanı tərk etmək məcburiyyətində qalan Əfqanıstan Musiqi İnstitutunun orkestri il yarımdan sonra ilk böyük konsertini verib.
İnstitutun rəhbəri, doktor Əhməd Sərmastın sözlərinə görə, “İşıq və ümid” adlı tamaşa Portuqaliyanın paytaxtı Lissabonun ən böyük konsert zalında baş tutub.
Qeyd edək ki, doktor Əhməd Sərməst institutu 2010-cu ildə təsis edib.
“Taliban”ın hakimiyyətə gəlməsindən sonra Musiqi İnstitutunun orkestri ümumilikdə 101 müəllim və tələbəsi ilə xarici ölkələrə mühacirət edib.
Məlumat üçün əlavə edək ki, Əfqanıstan Musiqi İnstitutunun rəhbəri doktor Əhməd Sərməst Moskva Konservatoriyasının məzunu olub.
Mənbə: Sputnik Əfqanıstan
www.102info.az