Kseniya Sobçaka qarşı cinayət işi açıla bilər

Dünya

Jurnalist Kseniya Sobçaka qarşı cinayət işi açıla bilər.

Rusiya polis orqanları Kseniya Sobçakın fəaliyyətində hökumət haqqında feyk məlumatların yayıldığını aşkar edib. Ona qarşı materiallar cinayət işinin başlanması üçün Rusiya Federasiyasının İstintaq Komitəsinə göndərib.

Bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.

O bildirib ki, söhbət “festivalların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı” feyk materiallardan gedir.

Sobçaka qarşı cinayət işinin başlanması ilə bağlı təqdimat artıq (yurisdiksiya üzrə) İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq Komitəsinə göndərilib. Müstəntiqlər bir ay müddətində işin başlanması və ya işdən imtina barədə qərar qəbul etməlidirlər.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir