Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştanu Ronaldunun ötən gün İngiltərə Premyer Liqasının 8-ci turunda “Mançester Siti” ilə görüşü buraxmasının səbəbi məlum olub.
Qeyd edək ki, “Mançester Siti” derbidə “Mançester Yunayted”ə 6:3 hesabı ilə qalib gəlib.
37 yaşlı hücumçu derbini ehtiyat oyunçular skamyasında keçirib.
Komandanın baş məşqçisi Erik Ten Haq isə Ronaldunu meydana buraxmamasının səbəbini onun karyerasına hörmət etməsi ilə əlaqələndirib:
“Mən bunu Ronalduya, onun böyük karyerasına hörmətim olduğu üçün etdim”.
Mənbə: Skysports
www.102info.az