Kanada insan haqlarının sistematik şəkildə pozulması səbəbindən İrana qarşı sanksiyaları genişləndirib.
Yeni sanksiyalar siyahısına 25 nəfər və 9 qurum daxil edilib.
Bu barədə oktyabrın 3-də Kanada Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tehran həmçinin beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə pozmaqda ittiham olunur.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami və Əl-Qüds xüsusi təyinatlılarının komandiri İsmayıl Qaani də sanksiyalara məruz qalıb.
Məhdudiyyətə məruz qalan hüquqi şəxslər arasında isə SEPAH-ın kibermüdafiə komandanlığı, “Evin” həbsxanası, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi, eləcə də Qasim Süleymani Fondu var.
Mənbə: iz.ru
www.102info.az