Fransada adi güldan hərracda 7,7 milyon avroya satıldı

Dünya

Fransada 2 min avro dəyərində olan adi Çin vazası hərraca çıxarılsa da, onun yekun qiyməti 7,7 milyon avroya çatıb.

Paris yaxınlığındakı Fontenblo şəhərindəki “Osenat” auksionunda Sin sülaləsi üslubunda hazırlanmış çini güldan uğrunda mübarizəyə əsasən Çindən olan 30 alıcı qoşulub. Onlar əşyanın 18-ci əsrdə yaradıldığına əmin olduqlarını bildiriblər.

Hərrac evinin mütəxəssisi isə güldanın əntiq əşya olmadığını və XX əsrə aid olduğunu qeyd edib.

Buna baxmayaraq, güldan olduqca baha qiymətə adı açıqlanmayan çinli tərəfindən alınıb.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir