Estoniya bu ilin iyulunda ikili vətəndaşlığı olan rusiyalıdan müsadirə etdiyi dronları Ukrayna hərbçilərinə təhvil verib.
Dronların rusiyalı tərəfindən Rusiya ordusu üçün ölkədən çıxarılmağa çalışıldığı bildirilib.
Bu barədə Estoniyanın Ukraynadakı səfirliyi məlumat yayıb.
“Rusiya ordusu üçün ölkədən dronlar çıxarmağa cəhd edən, Estoniya və Rusiyanın ikili vətəndaşlığına sahib olan şəxsi xatırlayırsınızmı? Polis onu həbs etməklə yanaşı, müsadirə etdiyi dronları da Ukrayna ordusuna təhvil verib”, – deyə səfirliyin “Twitter” hesabında qeyd edilir.
“Dronlar nəhayət Ukraynaya çatıb”, – deyə Estoniya polisi bildirib.
Xatırladaq ki, iyulda Tallinn məhkəməsi Pskov vilayətinin sakini Vladimir Şilovu dörd aylıq həbs cəzasına məhkum edib. O, Rusiya ordusu üçün nəzərdə tutulan dronları Estoniyadan Rusiyaya qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib. Şilov xarici dövlətin təcavüz aktına bilərəkdən və bilavasitə töhfə verməkdə təqsirli bilinib.
Remember an Estonian-Russian dual citizen who tried to bring drones for Russian army? Besides arresting him, @kaitsepolitsei withdrew drones the man have bought and donated them to 🇺🇦 Ukrainian army 😎 @GeneralStaffUA @DefenceU pic.twitter.com/QIbA332CVD
— Estonia in Ukraine (@EE_Ukraine) October 3, 2022
Mənbə: Yevropeyskaya pravda
www.102info.az