Bu günlərdə sosial şəbəkələrdə guya Azərbaycan hərbi qulluqçuları tərəfindən əsir götürülmüş erməni təxribatçılarının atəşə tutulduğu iddia olunan videolar ətrafında Ermənistanın və onun Qərbdəki havadarlarının başlatdığı anti-Azərbaycan təbliğatına İrandan da dəstək gəlib.
Bu barədə “Azad İran” “Youtube” kanalında məlumat verilib.
Belə ki, İslam İnqilabının Keşikçiləri Korpusuna, yəni “Sepah”a məxsus “Telegram” kanalı Azərbaycan ordusuna qarşı ermənilərin apardığı isterik böhtan kampaniyasına qoşulub.
Nə qədər ağlasığmaz görünsə də, adı Orta Şərqdə baş vermiş ən dəhşətli cinayətlərlə, dünyanın müxtəlif ölkələrindəki terror aktları ilə assosiasiya olunan bir qurumun media orqanı öz torpağını qoruyan şərəfli Azərbaycan əsgərinin ünvanına iftiralar səsləndirilib.
Daha ətraflı süjetdə:
www.102info.az