İsveç Baltik dənizində qaz sızıntısı olan ərazini bağladı: Sualtı və suüstü nəqliyyat qadağan olundu

Dünya

İsveç prokuroru qaz kəmərinin sızdığı bölgədə Baltik dənizi ərazisinin bağlanması barədə göstəriş verib.

Qaz sızması ilə bağlı araşdırmaya cavabdeh olan prokuror Mats Lyunqkvist təxribat şübhələrinə dair araşdırma çərçivəsində bu qərarı verib.

“İctimai marağın böyük olduğunu başa düşürəm, lakin biz ilkin araşdırmanın başlanğıcındayıq. Ona görə də hansı istintaq tədbirləri gördüyümüzlə bağlı təfərrüata girə bilmərəm”, – deyə prokuror Mats Lyunqkvist qeyd edib.

İsveç Sahil Mühafizəsi bəyan edib ki, gəmilərin, dalğıcların, balıqçı qayıqlarının və sualtı qayıqların İsveç sahillərindəki iki mənbəyə 9,3 kilometr (5,8 mil) radiusda yaxınlaşması qadağan edilir.

Mənbə: Yevropeyskaya pravda

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir