Birləşmiş Ştatlar Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemlərinin daxil olduğu yeni hərbi yardım paketi ayırıb.
Bunu ABŞ prezidenti Co Bayden bəyan edib.
625 milyon dollarlıq silah paketinə artilleriya sistemləri və döyüş sursatları, zirehli maşınlar və nəqliyyat vasitələri də daxildir.
Qeyd edək ki, ABŞ prezidenti ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb. Məhz bu dialoq zamanı Ağ Ev rəhbəri yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb.
Mənbə: rbc.ua
www.102info.az