Rusiyalı məşhur ifaçı öldürülmüş ola bilər: Yoxlamalar başlandı

Dünya

Rusiyalı müğənni və rəqqas Boris Moiseyev öldürülmüş ola bilər. Moskva İstintaq Komitəsi oktyabrın 3-də dünyasını dəyişən artistin ölüm şəraitini yoxlamağa başlayıb.

Məlumata görə, Boris Mixayloviçin meyitində ilkin olaraq gözə çarpan bədən xəsarəti əlamətləri aşkar edilməyib. Buna baxmayaraq, idarə “qəsdən adam öldürmə” və “ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma” maddələri ilə istintaqa başlayıb.

Məşhur musiqiçinin ölüm səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.

Mənbə: “Mash” “Telegram” kanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir