Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya ilhaq edilməsi barədə sazişlərin ratifikasiyası haqqında dörd qanun imzalayıb.
Sazişlər sentyabrın 30-da Moskvada imzalanıb.
Sazişlərə əsasən, Federasiyanın yeni subyektlərinin sərhədləri “onların yarandığı və Rusiya Federasiyasına qəbul edildiyi gün mövcud olan” sərhədlərlə müəyyən ediləcək. Yeni regionların “rəhbər”ləri seçilənə qədər Rusiya qanunlarına uyğun olaraq, onlara Putinin təyin etdiyi müvəqqəti səlahiyyətləri icra edən məmurlar rəhbərlik edəcəklər.
“Region parlamentlərinin seçkiləri” 2023-cü ilin sentyabrında vahid səsvermə günü keçiriləcək.
2026-cı ilə qədər davam edəcək keçid dövrü çərçivəsində yeni regionlar inteqrasiya olunacaq. 2023-cü ilə qədər qrivna ilə ödəniş etmək mümkün olacaq, bundan sonra bu ərazilərdə yalnız rus rublu pul vahidinə çevriləcək.
Yeni bölgələrin “silahlı qüvvələri”nin Rusiya Silahlı Qüvvələrinə daxil edilməsi nəzərdə tutulur. Rusiya Federasiyasının Konstitusiyasına zidd olan qanunvericilik normaları, o cümlədən ölüm cəzası tətbiq edilməyəcək.
Mənbə: TASS
www.102info.az