“Ukrayna traktoru axırıncı Rusiya tankını dartıb aparana qədər onlara dəstək olacağıq”.
Bu barədə Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli müsahibə zamanı bildirib.
Nazir qeyd edib ki, təmkinli olmaq və Ukraynaya yardım göstərərək bu məsələyə son qoymaq lazımdır.
Kleverli bildirib ki, London ərazi bütövlüyünü tam bərpa edənə qədər Ukraynanı dəstəkləmək niyyətindədir. Onun sözlərinə görə, ukraynalılar Böyük Britaniyanın dəstəyinə arxalana bilərlər. Ceyms Kleverli Mühafizəkarlar Partiyasının konfransında deyib ki, “bu müharibədə qalib gələnə qədər” Britaniya Rusiyaya yardımını davam etdirəcək.
Mənbə: Fokus.ua
www.102info.az