Türkiyədə şagirdləri daşıyan avtobus ağaca çırpılıb aşdı: Ondan çox məktəbli yaralanıb – VİDEO

Dünya

Türkiyənin Adana şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində içərisində məktəblilərin olduğu avtobus yol kənarındakı ağaca çırpılaraq aşıb.

Hadisə vaxtı oradan keçən sürücülər qəzadan sonrakı vəziyyəti telefonlarına çəkərək ictimailəşdiriblər.

İlkin məlumata görə, yol nəqliyyat hadisəsi nəticəsində 14 məktəbli xəsarət alıb.

Onlar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Qəzanın səbəbləri araşdırılır.

Mənbə: İHA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir